“sirin.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı sözügedən komissiyanın rəhbərinin səlahiyyətlərini icra edən Mariam Qalstyan açıqlayıb.
Onun sözlərinə görə, komissiya öz təşəbbüsü ilə araşdırma başladıb.
Qalstyan əlavə edib ki, Paşinyanın etik qaydaları pozmasına dair qərar qəbul edilərsə, prosedura əsasən, o, ictimaiyyət qarşısında izahat verməli olacaq.
Xatırladaq ki, Nikol Paşinyan mayın 29-da hökumətin iclası zamanı Erməni Apostol Kilsəsini yenidən tənqid edib və kilsələrin hazırda yaxşı vəziyyətdə olmadığını söyləyib. Onun sözlərinə görə, kilsələrdə sement torbaları, köhnə, paslanmış armatur parçaları saxlanılır. Paşinyanın bu çıxışı ölkənin din xadimlərinin tənqidlərinə səbəb olub. Bunun ardınca, Baş nazir feysbuk hesabında kilsələrlə bağlı paylaşımlar edərək din xadimlərini dini qaydaları pozmaqda, eləcə də arxiyepiskoplardan birini dayısının həyat yoldaşı ilə cinsi əlaqədə ittiham edib. Daha sonra isə, Paşinyan paylaşımlarına davam edərək katolikosu subaylıq andını pozmaqda günahlandırıb.