Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Paşinyanın sözçüsünün evi qarət edilib
 
						Paşinyanın sözçüsünün evi qarət edilib
Əlavə olunub: 02.26.2025 | 17:23 | Baxılıb: 1657
İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın evi qarət edilib.

“sirin.az” Ermənistanın “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib. 

Hadisə zamanı böyük məbləğdə vəsait oğurlanıb.

Qəzet, həmçinin yazır ki, dünən axşam hüquq-mühafizə orqanlarının əməkdaşları qarətdə iştirak etməkdə şübhəli bilinən dəstə üzvlərini saxlayıb. 

Bildirilib ki, saxlanılan şəxslər paytaxt İrəvanda və ölkənin digər regionlarında digər rəsmi şəxslərin də evini qarət ediblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.