Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.07.2025 | 18:34 | Baxılıb: 2555
Qaz xətləri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və orta təzyiqli yerüstü qaz xəttinin dayaqlar üzərinə qaldırılması işləri ilə əlaqədar 08.10.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək “Nizami–Keşlə”, “8-ci km Əlavə” və “NZS” qaz xətlərində qaz təchizatı dayandırılacaq.

“sirin.az” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Nizami rayonunun Keşlə və NZS qəsəbələrinin, 8-ci köndələn, P.Fərzəliyev, Y.Səfərov, İ.Həbibov, O.Vəliyev, N.Abdullayev, Sabir, M.Ağayev, R.Ağayev və A.Mirzəyev küçələrinin, Pirallahı qəsəbəsinin S.Vurğun küçəsinin, həmçinin Xətai rayonunun İ.Orucov, S.Orucov, Mehdizadə və A.Cəlilov küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.