Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.15.2025 | 23:17 | Baxılıb: 1337
Ekipaj Atlantik okeanı üzərində fəlakət siqnalı verdikdən sonra Pentaqon rəhbəri Pit Heqsetin təyyarəsi Böyük Britaniyada təcili eniş edib.

“sirin.az” xəbər verir ki, bu barədə rəsmi köməkçisi Şon Parnell sosial şəbəkədə məlumat verib.

O bildirib ki, təyyarənin ön şüşəsində çat əmələ gəlib və onu geri dönməyə məcbur edib.

“Təyyarə standart prosedurlara uyğun olaraq eniş edib və katib Heqset də daxil olmaqla bütün sərnişinlər təhlükəsizdir”, - Parnell yazıb.

Qeyd olunur ki, Pentaqon rəhbəri Brüsseldə keçirilən NATO Müdafiə Nazirlərinin Sammitindən ABŞ-yə qayıdırdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.