Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Pezeşkianın oğlundan “Traktor”un çempionluğu ilə bağlı - Paylaşım
 
						Pezeşkianın oğlundan “Traktor”un çempionluğu ilə bağlı 
							 - Paylaşım
Əlavə olunub: 05.03.2025 | 07:39 | Baxılıb: 4663
İran Prezidenti Məsud Pezeşkianın oğlu Mehdi Pezeşkian Təbrizin “Traktor” klubunun ölkə çempionu olmasına reaksiya verib.

“sirin.az"in məlumatına görə, Mehdi Pezeşkian instaqram hesabında paylaşım edərək bunları yazıb:

“Bütün sadiq azarkeşləri, bu çətin və qeyri-bərabər yolda sükut və hay-küy içində həmişə komandanın arxasında olub “Yaşasın Traktor!” deyə qışqıranların hamısını təbrik edirəm. Təcrübəli baş məşqçi, texniki heyət və cəsur oyunçulara xüsusi təşəkkürlər! Asiya Çempionatını qazanmaq ümidi ilə”.

Qeyd edək ki, Təbriz təmsilçisi tarixində ilk dəfə İran Pro Liqasının qalibi olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.