Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.26.2025 | 10:53 | Baxılıb: 1905
PKK terror təşkilatı Türkiyədən bütün silahlı qüvvələrini geri çəkdiyini bəyan edib.

“sirin.az” xəbər verir ki, bu barədə PKK bu gün açıqlama yayıb.

Bildirib ki, Türkiyədəki bütün qüvvələri geri çəkirlər. Bu addım PKK-nın lideri Abdullah Öcalanın çağırışı və təşkilatın 12-ci Konqresində qəbul edilən qərarlar əsasında atılıb.

Məlumata görə, Öcalanın çağırışından sonra özünü ləğv etmək qərarı verən PKK bu bəyanatla silah qoyma prosesinin yeni mərhələsinə keçdiyini açıqlayıb.

Bir gün əvvəl PKK-ya yaxın media orqanları “təşkilatın Öcalanın çağırışı və əvvəlki konqres qərarları əsasında yeni addım atacağı” barədə xəbər yaymışdılar. Bu xəbərlərdə bugünkü açıqlamanın veriləcəyi öncədən bildirilmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.