Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Polis Ed Şiranı tanımadı, konsertini yarıda kəsdi - Video
 
						Polis Ed Şiranı tanımadı, konsertini yarıda kəsdi 
							 - Video
Əlavə olunub: 02.11.2025 | 03:11 | Baxılıb: 2535
Dünyaca məşhur britaniyalı müğənni Ed Şiran Hindistanda qalmaqalla üzləşib.

“sirin.az” “The Times” qəzetinə istinadən xəbər verir ki, polis əməkdaşı qastrol səfərində olan sənətçinin Banqalor şəhərində küçə konsertini yarıda kəsib.

Məlumata görə, Şiran mərkəzi küçələrin birində “Shape of You” hitini ifa etməyə başlayıb və bir dəqiqə sonra polis musiqiçinin mikrofonunu söndürüb.

Hətta müğənninin pərəstişkarlarından birinin oxuyanın Ed Şiran olduğunu izah etməyə çalışanması da polisi dayandırmayıb.

Daha sonra sənətçi qrupunun çıxış etmək üçün rəsmi icazə aldığını bildirib. Bir müddət sonra britaniyalı müğənni ifasına davam edib.

Görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.