Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu
 
						Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu
Əlavə olunub: 06.26.2025 | 08:00 | Baxılıb: 13149
Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.

“sirin.az"in əldə etdiyi məlumata görə, müvafiq əmrə əsasən, bu vəzifəyə 44 günlük Vətən mübaribəsi iştirakçısı polkovnik Etibar Məhərrəmov təyinat alıb.

Etibar Məhərrəmov Laçın rayonunun Sus kəndindəndir.  O, müharibədə göstərdiyi xidmətlərə görə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və digər medallarla təltif edilib. 

Qeyd edek ki, Etibar Məhərrəmov bu vəzifədə general-leytenant Fazil Ağalarovu əvəz edib. General Ağalarov bir neçə ay əvvəl təqaüdə göndərilib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.