Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezident Avropa Şurasının baş katibi ilə görüşdü - Foto
 
						Prezident Avropa Şurasının baş katibi ilə görüşdü 
							 - Foto
Əlavə olunub: 04.12.2025 | 12:10 | Baxılıb: 3408
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Antalyada Avropa Şurasının baş katibi Alen Berse ilə görüşü olub.

“sirin.az” xəbər verir ki, söhbət zamanı Alen Bersenin COP29 çərçivəsində ölkəmizə səfəri və onun Azərbaycan Prezidenti ilə görüşü məmnunluqla xatırlanıb. COP29 zamanı qlobal iqlim gündəliyi ilə bağlı vacib qərarların qəbul olunduğu bir daha vurğulanıb.

Görüşdə Azərbaycan ilə Avropa Şurasının icraedici strukturları arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.