Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezident bu qurumun əsasnaməsini təsdiqlədi
 
						Prezident bu qurumun əsasnaməsini təsdiqlədi
Əlavə olunub: 08.14.2025 | 13:21 | Baxılıb: 5050
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi emblemi haqqında əsasnamə təsdiq edilib.

“sirin.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bundan başqa, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəsmi embleminin təsviri təsdiq edilib.

Xidmətin rəsmi emblemi Xidmətin hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Xidmətin rəsmi emblemi onun blanklarında, inzibati binalarının Xidmətin adı göstərilən lövhələrində yerləşdirilə bilər.

Emblemin təsvirindən Xidmətin çap məhsullarında, kino, video, fotomateriallarında, Xidmətin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında istifadəyə yol veriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.