“sirin.az” xəbər verir ki, Sərəncamda deyilir:
“1. Səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)-Hülövlü-Sərkərli-Alıcqışlaq-Qədmalıqışlaq-Rəhimoba avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.5-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,0 (on bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.