Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezident Ərdoğanla görüşdü - Video - Fotolar - Yenilənib
 
						Prezident Ərdoğanla görüşdü 
							 - Video - Fotolar - Yenilənib
Əlavə olunub: 04.11.2025 | 12:40 | Baxılıb: 6101
Bu gün Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib.

“sirin.az” xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib.

Dövlət başçısı Antalya Diplomatik Forumuna dəvətə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib.

Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.