Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezident filippinli həmkarını da təbrik etdi
 
						Prezident filippinli həmkarını da təbrik etdi
Əlavə olunub: 06.12.2025 | 11:09 | Baxılıb: 453
Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti Ferdinand Romualdez Markosa təbrik məktubu ünvanlayıb.

“sirin.az” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Filippin arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Filippin xalqına əmin-amanlıq və rifah arzulayıram”.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.