Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezident onların vəzifədə olma yaş həddini artırdı
 
						Prezident onların vəzifədə olma yaş həddini artırdı
Əlavə olunub: 04.07.2025 | 19:39 | Baxılıb: 11502
Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olma yaş həddi artırılıb.

“sirin.az"in məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddi 70-dən 75-ə artırılıb.

Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.