Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezident Pezeşkiana başsağlığı verdi
 
						Prezident Pezeşkiana başsağlığı verdi
Əlavə olunub: 04.27.2025 | 16:59 | Baxılıb: 2362
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb.

“sirin.az” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.