Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.16.2025 | 11:53 | Baxılıb: 2058
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-21-də Qazaxıstana səfər edəcək.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın “Zakon.kz” portalı yayıb.

Bildirilib ki, səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti əsasında baş tutacaq.

Xatırladaq ki, Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycanda səfərdə olub. O, Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII sammitində iştirak edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.