Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezident qəbul keçirdi - Fotolar - Yenilənib
 
						Prezident qəbul keçirdi 
							 - Fotolar - Yenilənib
Əlavə olunub: 04.17.2025 | 10:46 | Baxılıb: 2349
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Sloveniyanın xarici işlər naziri Tanya Fayonu qəbul edib.

“sirin.az” xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olunub, bu yaxınlarda xarici işlər nazirləri səviyyəsində aparılan siyasi məsləhətləşmələr qeyd edilib.

Dövlət başçısı Azərbaycanın Balkan ölkələri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini deyib.

Görüşdə ölkəmizin enerji sahəsində Balkan regionu, o cümlədən Sloveniya ilə əməkdaşlığının inkişafına toxunulub və bu sahədə perspektivlərə dair fikir mübadiləsi aparılıb. İqtisadi-ticari münasibətlərimizin genişləndirilməsi üçün iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafının vacibliyi vurğulanıb.

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti qeyd edilib. Bu dəhlizin Avropa ilə Çin arasında iqtisadi-ticari əlaqələrin inkişafında mühüm nəqliyyat arteriyalarından biri olduğu bildirilib və bunun Sloveniya şirkətləri üçün də əlverişli imkanlar yaratdığı vurğulanıb. Bu xüsusda, Azərbaycanın və Sloveniyanın limanları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.