Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezident Sərəncam imzaladı
 
						Prezident Sərəncam imzaladı
Əlavə olunub: 06.02.2025 | 16:06 | Baxılıb: 4195
Prezident İlham Əliyev Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın yeni tərkibinin təsdiq edilməsi haqqında 10 avqust 2009-cu il tarixli Sərəncamında dəyişiklik edib.

“sirin.az” xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın Azərbaycan tərəfdən həmsədri vəzifəsi rəqəmsal inkişaf və nəqliyyat nazirindən onun müavininə ötürülüb, mədəniyyət nazirinin və Dövlət Turizm Agentliyi sədrinin müavinləri Komissiyanın tərkibinə daxil edilib, “Azərbaycan Hava Yolları” QSC-nin I vitse-prezidenti Komissiyanın tərkibindən çıxarılıb.

Xarici İşlər Nazirliyi bu dəyişikliklər barədə Avstriya tərəfinə bildiriş göndərməlidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.