Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezidentdən 5 milyonluq - Sərəncam
 
						Prezidentdən 5 milyonluq 
							 - Sərəncam
Əlavə olunub: 04.01.2025 | 13:35 | Baxılıb: 7342
Prezident İlham Əliyev “İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.

“sirin.az”  xəbər verir ki, Sərəncama əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5.000.000,0 (beş milyon) manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. İqtisadiyyat Nazirliyi bu Sərəncamda hissəsində göstərilən əkin sahəsinin suvarma suyu ilə təminatının başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.