Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezidentdən Anar Quliyevlə bağlı - Sərəncam
 
						Prezidentdən Anar Quliyevlə bağlı 
							 - Sərəncam
Əlavə olunub: 04.25.2025 | 17:31 | Baxılıb: 10053
Prezident İlham Əliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının (WUF13) milli koordinatoru təyin edilməsi barədə Sərəncam imzalayıb.

“sirin.az” xəbər verir ki, sənədə əsasən, milli koordinator Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev təyin edilib.

Sərəncamda qeyd edilib ki, milli koordinatora Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq işlərinin aparılması səlahiyyəti verilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.