Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Prezidentə o kitab hədiyyə edildi - Foto
 
						Prezidentə o kitab hədiyyə edildi 
							 - Foto
Əlavə olunub: 06.02.2025 | 21:17 | Baxılıb: 3818
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.

“sirin.az"in məlumatına görə, tədbirin rəsmi hissəsindən sonra dövlət başçısına maraqlı hədiyyələr təqdim olunub.

Bunlardan biri Emanuel Lüdviqoviç Nobelin original nüsxə (1909) kitabıdır.

Qeyd edək ki, neft ölkəsi kimi tanınan Azərbaycan XIX əsrin sonlarında neft hasilatı və emalına görə dünyada birinci yerdə qərarlaşıb. 1899-cu ildə dünyada hasil olunan neftin yarısı artıq Azərbaycanın payına düşürdü. Belə olan halda, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan neft sənayesinə xarici kapitalın axını başladı. Həmin dövrdə neft sənayesində çalışan əcnəbilər arasında Nobel qardaşları da var idi.

Digər hədiyyə isə türk dünyasında, Qafqaz və Yaxın Şərqdə yayılan Dombra çalğı alətidir. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.