Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan
Natiq Nuşravan oğlu Ağayev noyabrın 13-də Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
“sirin.az” xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
N.Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.