“sirin.az” xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
Məlumata görə, görüşdə Trufanovun qohumları – anası Yelena və nişanlısı Sapir Koen, həmçinin Rusiyanın baş ravvini Berl Lazar və Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti Aleksandr Boroda iştirak edib.
Qeyd edək ki, Aleksandr Trufanov 2023-cü ilin oktyabrından HƏMAS-ın əsirliyində olub. Hərəkatın İsrailə hücumundan sonra o, anası, nənəsi İrina Tatti və nişanlısı ilə birlikdə evindən qaçırılıb. Onun atası Vitali Trufanov hücumdan sağ çıxa bilməyib. Qadınlar isə 2023-cü ilin noyabrında azadlığa buraxılıblar.