Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Putin Ukraynaya hücum barədə düşünməsin deyə...”
 
						“Putin Ukraynaya hücum barədə düşünməsin deyə...”
Əlavə olunub: 08.23.2025 | 04:32 | Baxılıb: 2102
“Ukrayna, ABŞ və Avropa İttifaqı elə təhlükəsizlik zəmanətləri üzərində işləyirlər ki, Rusiya Prezidenti Vladimir Putin bir daha Ukraynaya hücum etmək fikrinə belə düşməsin”.

“sirin.az” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

“Vacib olan Ukrayna, ABŞ və Avropanın birlikdə işləməsidir. Biz təhlükəsizlik zəmanətlərindən danışdıq və razılaşdıq ki, iki səviyyə olacaq. Birinci səviyyədə hansısa sülh sazişi və ya atəşkəs və ya hər ikisinin kombinasiyası olacaq”, - deyə o qeyd edib.

Rüttenin sözlərinə görə, birinci səviyyə Ukrayna Silahlı Qüvvələrinin mümkün qədər gücləndirilməsi üçün olacaq.

“Yəni, onlar istənilən çətinliklərə tab gətirə bilsinlər. İkinci səviyyə isə ABŞ və Avropanın təmin edəcəyi şeydir. Biz əslində bunun üzərində işləyirik.

Bizim yeni zəmanətlərimiz belə olmamalıdır. Biz - Ukrayna, Avropa və ABŞ çalışırıq ki, zəmanət elə bir səviyyədə olsun ki, Vladimir Putin Moskvada oturaraq bir daha Ukraynaya hücum etmək barədə düşünməsin”, - deyə Rütte vurğulayıb.

Qeyd edək ki, avqustun 18-də Vaşinqtonda Volodimir Zelenski ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Finlandiya liderləri, Avropa Komissiyasının sədri və NATO-nun Baş katibi ilə görüşüb. Əsas mövzu Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.