Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.18.2025 | 11:20 | Baxılıb: 1064
ABŞ Prezidenti Donald Tramp rusiyalı və ukraynalı həmkarları Vladimir Putinlə Volodimir Zelenskini Ukraynadakı münaqişəyə son qoymağa çağırıb.

“sirin.az” xəbər verir ki, o bu barədə “Truth Social” şəbəkəsində yazıb.

“Zelenski ilə görüş çox maraqlı və səmimi keçdi, lakin mən ona dedim ki, Prezident Putinə də qəti şəkildə məsləhət gördüm ki, artıq razılaşmaq vaxtıdır!

Onlar olduqları yerdə dayansınlar. Qoy ikisi də qələbə elan etsin, imkan verin tarix mühakimə eləsin!” - Amerika Prezidenti əlavə edib.

Tramp bir daha vurğulayıb ki, o vaxt prezident olsaydı, Ukraynada münaqişə baş verməzdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.