
“sirin.az” xəbər verir ki, bu barədəx arici KİV məlumat yayıb.
Bildirilib ki, tərəflər görüşdə silah tədarükü, xüsusilə də uzaqmənzilli sistemlərin – “Tomahawk” raketlərinin verilməsi məsələsini müzakirə ediblər.
Zelenski bildirib ki, hava hücumundan müdafiə sistemləri və təhlükəsizlik təminatları Ukrayna üçün prioritetdir:
“Putinin yenidən aqressiyaya başlamaması üçün bizə ciddi zəmanətlər lazımdır”.
O, həmçinin Rusiya lideri ilə münasibətinə də toxunub:
“Putin mənə, mən də ona nifrət edirəm. Ukraynalılar üçün o, düşməndir”.
Zelenski Tramp və Putinin Budapeştdə keçiriləcək görüşündən sülh üçün müsbət nəticələr gözlədiyini də vurğulayıb.