Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Putinlə Əliyev arasında ayrıca söhbət planlaşdırılmır” - Kreml
 
						“Putinlə Əliyev arasında ayrıca söhbət planlaşdırılmır” 
							 - Kreml
Əlavə olunub: 06.30.2025 | 13:59 | Baxılıb: 4994
“Moskva Azərbaycanla əlaqələrin pozulmasından təəssüflənir və münasibətlərin daha da inkişafında maraqlıdır”.

“sirin.az” Ura.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz qəbul edilmiş qərarlara görə təəssüflənirik. Kreml nümayəndələrinin fikrincə, hüquq-mühafizə orqanlarının hərəkətləri ilə bağlı məsələlər belə genişmiqyaslı məhdudiyyətlərə səbəb olmamalıdır”, - Kreml rəsmisi əlavə edib.

Peskovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı prezidentlər - Vladimir Putinlə İlham Əliyev arasında ayrıca söhbət planlaşdırılmır: “Rusiya tərəfi Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.