Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.18.2025 | 00:59 | Baxılıb: 1635
Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüş zamanı Rusiya lideri Vladimir Putinlə görüşə hazır olduğunu bəyan edib.

“sirin.az” “Fox News”a istinadən xəbər verir ki, Zelenski danışıqlarda əsas məqsədin sülh və atəşkəsin bərpası olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna sülh istəyir, lakin Rusiya tərəfi buna hazır deyil:

“Biz sülh istəyirik, amma Putin bunu istəmir. Ona görə də beynəlxalq ictimaiyyət Rusiyaya təzyiq göstərməlidir”.

Ukrayna lideri əlavə edib ki, Putinlə hər hansı formatda danışıqlara hazırdır, lakin əsas məsələ ilkin mərhələdə atəşkəsin təmin olunmasıdır:

“Əvvəlcə Putinlə oturub danışmalıyıq. İkincisi, bizə atəşkəs lazımdır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.