Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.25.2025 | 11:58 | Baxılıb: 2832
AFFA İntizam Komitəsinin iclası keçirilib.

“sirin.az” xəbər verir ki, iclasda Misli Premyer Liqasının 5-ci turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:

“Sabah” – “Turan Tovuz” matçına Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə ev sahibi 2000 manat cərimə edilib.

“Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov "Qarabağ"la oyunun 28-ci dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Futbolçunun hərəkətinə görə klub 500  manat cərimələnib.

"Qarabağ" isə azarkeşlərinə görə ziyana düşüb. Ağdam təmsilçisinin azarkeşləri "Araz-Naxçıvan"la qarşılaşmanın 60-cı dəqiqəsində rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün klub 5000 manat cərimə ödəməli olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.