Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.23.2025 | 08:45 | Baxılıb: 4333
Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna yekun vurulub.

“sirin.az” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə Bilbao “Atletik”i ilə qarşılaşıb.

Ağdam təmsilçisi 1:3 hesabı ilə uduzaraq cari mərhələdə ilk məğlubiyyətini alıb.

1-ci turda “Benfika”ya, 2-ci turda isə “Kopenhagen”ə qalib gələn Qurban Qurbanovun komandası hazırda sıralamada 6 xalla 13-cüdür. 

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.