“sirin.az” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Müraciətdə stadionda təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün son ev oyunlarını “Azersun Arena”da qəbul etmək istədiyi bildirilib.
“Qarabağ” klubunun müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan Peşəkar Futbol Liqası klubun müraciətini müsbət qarşılayıb.
Beləliklə, 33-cü turun “Sumqayıt”la görüşündən etibarən (“Qarabağ” – “Sumqayıt”, 4 may saat 18:00) “Qarabağ” ev oyunlarını “Azersun Arena”da keçirəcək.