Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.23.2025 | 01:21 | Baxılıb: 2463
“Qarabağ” qol vuranda bunu sakit tərzdə qarşıladım”.

“sirin.az” xəbər verir ki, bunu “Atletik”in baş məşqçisi Ernesto Valverde mətbuat konfransında deyib.

Mütəxəssis “Qarabağ”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunun oyunundan sonra fikirlərini bölüşüb:

“Çünki qarşıda çox vaxt var idi. Hiss etdim ki, qarşılaşmaya həyəcanlı başladıq. Sanki birinci qoldan əvvəl ikincini vurmaq istəyirdik. Lakin sonradan ağıllı oynadıq və sürəti artırdıq. Bunun nəticəsində qollar vurmağa başladıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Sürətli tempi saxlamaq bir o qədər asan olmadı. Biz daha çox topa sahib olmaq istəyirdik və rəqib buna mane olmağa çalışırdı”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.