Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.17.2025 | 21:06 | Baxılıb: 1560
Misli Premyer Liqasının VIII turunda “Qarabağ” “Turan Tovuz”u məğlub edib.

“sirin.az” xəbər verir ki, “Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

“Turan Tovuz”dan Alexandro Serrano 40-cı dəqiqədə penaltidən fərqlənib. “Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (55-ci dəqiqə) və Abdullah Zubir (63-cü dəqiqə) rəqib qapısından keçiriblər.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Turan Tovuz” isə 15 xalla ikincidir.

Qeyd edək ki, turun bu gün baş tutan “Şamaxı” – “Kəpəz” matçında Gəncə təmsilçisi 4:1 hesablı qələbə qazanıb. VIII tura oktyabrın 19-da yekun vurulacaq.

“Qarabağ” “Turan Tovuz” qarşılaşmasının videoicmalını təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.