Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qarabağ” yeni rekorda imza atdı
 
						“Qarabağ” yeni rekorda imza atdı
Əlavə olunub: 04.24.2025 | 10:08 | Baxılıb: 2270
“Qarabağ” Azərbaycan Kubokunda yeni rekorda imza atıb. 

“sirin.az” PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubu tarixində 12-ci dəfə turnirin finalına yüksəlib. 

Qurban Qurbanovun komandası yarımfinalda “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırıb – 0:1, 3:0. 

Bununla da 12-ci dəfə finala vəsiqə qazanan “Qarabağ” 11 dəfə buna nail olan “Neftçi”ni geridə qoyub.

Ağdam təmsilçisi əvvəlki 11 finalın 8-də - 1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24 mövsümlərində kuboku qazanıb. Üç dəfə - 1995/96, 1997/98 və 1999/2000 mövsümlərində finalda uduzub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.