Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.01.2025 | 10:14 | Baxılıb: 1403
UEFA Çempionlar Liqası ilə yanaşı, UEFA Gənclər Liqasında da əsas mərhələnin 2-ci tur qarşılaşmaları keçirilir.

“sirin.az” xəbər verir ki, yarışda təmsilçimiz “Qarabağ”ın U-19 komandası Bakıda meydana çıxacaq.

Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda Danimarkanın “Kopenhagen” kollektivi ilə üz-üzə gələcək.

Suraxanıda yerləşən “Azərsun Arena”da keçiriləcək matç saat 14:00-da başlayacaq.

Qeyd edək ki, bu klubların əsas komandaları arasındakı görüş də bu gün baş tutacaq və 20:45-də başlayacaq. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.