Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.22.2025 | 22:39 | Baxılıb: 21591
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda “Qarabağ” növbəti oyununa çıxacaq.

“sirin.az” xəbər verir ki, təmsilçimiz İspaniyanın “Atletik Bilbao” klubu ilə üz-üzə gələcək.

“San Mames” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 5-də öz meydanında “Çelsi” klubuna qarşı keçirəcək.

Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində iki görüşündən sonra altı xalla 6-cı pillədə qərarlaşıb.

22 oktyabr

UEFA Çempionlar Liqası

III tur

Saat 20:45, “Atletik Bilbao” - “Qarabağ”.

***

Komandaların start heyətləri açıqlanıb.

“Atletik”: 1. Unay Simon, 17. Yuri Berçiçi, 14. Aymrik Laport, 4. Aytor Paredes, 2. Andoni Qorosabel, 18. Mikel Xarequizar, 30. Alexandro Reqo, 8. Oyan Sanset, 9. İnaki Villiams (k), 10. Niko Uilyams, 11. Qorka Quruzeta

Baş məşqçi: Ernesto Valverde

“Qarabağ”: 99. Mateuş Koxlaski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran, 7. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov.

***

Matç başladı.

***

Leandro Andrade erkən qolla hesabı açır.

***

Qorka Quruzeta 40-cı dəqiqədə hesabı bərabərləşdirir.

***

Fasilə.

***

İkinci hissə başladı.

***

69-cu dəqiqədə Robert Novarro “Atletik”i hesabda önə keçirir.

***

Qorka Quruzeta 88-ci dəqiqədə dubla imza atır.

***

Matç bitdi. Ağdam təmsilçisi 1:3 hesabı ilə uduzdu. Bu, onların ardıcıl 2 qələbədən sonra liqa mərhələsində ilk məğlubiyyəti oldu.








Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.