Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.22.2025 | 15:42 | Baxılıb: 15388
“Qarabağ” U-19 komandası UEFA Gənclər Liqasında “Atletik”lə qarşılaşır.

“sirin.az” xəbər verir ki, hazırda davam edən matçda Ağdam təmsilçisinin qapıçısı Teymur Həsənov iki penalti qaytarıb. 

O, əvvəlcə matçın 57-ci dəqiqəsində Peio Huestamendianın 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməsinə mane olub. 

70-ci dəqiqədə isə Manex Lozanonun penaltisinin qarşısını alıb. Epizodun davamı qol olsa da, T.Həsənov 2 penalti qaytarmaqla diqqət çəkib. 

Qeyd edək ki, Teymur Həsənovun atası “Qarabağ”ın qapıçılar üzrə məşqçisi Elxan Həsənov, anası isə Azərbaycan voleybol yığmasının sabiq üzvü, “Azerreyl”in məşhur oyunçusu Alla Həsənovadır. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.