“sirin.az” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı partiyanın liderlərindən biri Georgi Şaraşidze brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, partiya parlamentdəki yerini tutmaq barədə qərar qəbul edib:
“Bir il əvvəl, oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra bizim siyasi komandamız yekdilliklə parlamenti boykot etmək barədə qərar qəbul edib. Bütün siyasi prosesin boykotuna çevrilən parlamentin boykotu müxalifəti faktiki olaraq siyasi arenadan uzaqlaşdırıb”.
Qeyd edək ki, Gürcüstan parlamentində 150 deputat mandatı mövcuddur. 2024-cü ilin oktyabrında baş tutan seçkilərdə “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gəlib və sözügedən 150 yerdən 89-unu qazanıb. Müxalif partiyalar - “Dəyişikliklər naminə koalisiya” 11,03% səs toplayaraq 19, “Birlik - Milli Hərəkat” 10,17% səslə 16, “Güclü Gürcüstan” 8,81% səslə 14, “Gürcüstan naminə” partiyası isə 7,78% səslə 12 mandata sahib olub. Bunun ardınca, müxalif deputatlar mandatlarını götürməkdən imtina edərək yeni seçkilərin keçirilməsini tələb ediblər.
2025-ci ilin fevralında isə Gürcüstan parlamenti üç müxalif partiyadan – “Dəyişikliklər naminə koalisiya”, “Birlik - Milli Hərəkat” və “Güclü Gürcüstan” partiyasından olan deputatların mandatlarının vaxtından əvvəl ləğv edilməsi məsələsini müzakirə edib. Plenar iclas zamanı 49 deputatın mandatına xitam verilməsinə qərar verilib. Ölkənin keçmiş Baş naziri Georgi Qaxariyanın lideri olduğu “Gürcüstan naminə” partiyası isə mandatların ləğvi ilə bağlı parlamentə müraciət ünvanlamamışdı.