Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qaxda 100 hektar ərazi yandı - Foto
 
						Qaxda 100 hektar ərazi yandı 
							 - Foto
Əlavə olunub: 03.15.2025 | 10:30 | Baxılıb: 1202
Qaxda 100 hektar ərazi yanıb.

“sirin.az"in məlumatına görə, yanğın rayonun Ağyazı kəndi ərazisindəki mürəkkəb relyefli sahələrdə baş verib.

Əraziyə Qax Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub.

Bundan əlavə, kənd sakinləri və rayonun meşə təsərrüfatı işçiləri də yanğının söndürülməsinə kömək ediblər.

Ötən gün axşam saatlarından başlayan yanğın səhər saatlarında tam söndürülüb.

Yanğın zamanı 100 hektar sahədə quru ot və kol-kos yanıb.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.