Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qaxda maşınlar toqquşdu - Xəsarət alanlar var+Yenilənib
 
						Qaxda maşınlar toqquşdu 
							 - Xəsarət alanlar var+Yenilənib
Əlavə olunub: 06.07.2025 | 17:17 | Baxılıb: 888
Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“sirin.az” xəbər verir ki, hadisə rayonun Turaclı kənd ərazisində olub.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.

Hadisə zamanı xəsarət alanlar var. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

***

Qaxda baş verən qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub. 

Xəsarət alanlar “VAZ-21099”un sürücüsü Qax rayon Turaclı kənd sakini 1986-cı il təvəllüdlü Şahlar Bəşirov, 9 yaşlı Ömər Mehman oğlu Abdulla və 12 yaşlı İbrahim Mehman oğlu Abdulladır.

Mübariz Muradov



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.