“sirin.az"in “Sputnik Ermənistan”a istinadən məlumatına görə, bu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan Qazaxıstan taxılının Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınacağı marşrutun təfərrüatını açıqlayıb.
“Yaxın zamanlarda Qazaxıstan taxılının ilk partiyası Aktau-Bakı dəmir yolu, daha sonra isə Azərbaycan-Gürcüstan dəmir yolu ilə Ermənistana gətiriləcək. Sülh bərqərar olub”, - erməni nazir bildirib.