Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.17.2025 | 01:20 | Baxılıb: 2907
“Xan-Tenqri”nin 19 yaşlı hücumçusu Dias Tuley Qazaxıstan Birinci Liqasının 25-ci turunda keçirilən oyundan sonra dünyasını dəyişib.

“sirin.az” xəbər verir ki, klub ölüm xəbərini instaqram hesabında açıqlayıb.

Faciə Almatıda “Ekibastuz”la 4:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatan oyunda baş verib.

Belə ki, 62-ci dəqiqədə Tuley özünü pis hiss edib, meydançada əyləşib və komanda yoldaşından ayaqlarını uzatmasını istəyib. Vəziyyəti pisləşən futbolçunu xərəkdə meydançadan çıxarıbar. Daha sonra onun vəfat etdiyi açıqlanıb.

Qeyd edək ki, Dias Tuley “Kayrat” gənclər sisteminin yetirməsi olub və 2024/25 mövsümündə “Xan-Tenqri”yə qoşulub. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.