
“sirin.az” xəbər verir ki, bu haqda “Livan 24” məlumat yayıb.
“Livan hakimiyyəti Liviyanın mərhum lideri Müəmmər Qəddafinin (1942-2011) oğlu Hannibal Qəddafini həbsdən azad edib”, - məlumatda qeyd olunub.
Hannibal Qəddafinin səyahət qadağasının da qaldırıldığı bildirilir. Bundan əlavə, Livan məhkəməsi onun əvvəllər təyin edilmiş 11 milyon dollar girovdan azad edilməsinə qərar verib.
Qeyd edək ki, Hannibal Qəddafi 2015-ci ildə Suriyada “Amal” silahlıları tərəfindən qaçırılan və siyasi mühacirət həyatı yaşadığı vaxtdan bəri Livan həbsxanasında idi.