Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qərbi Azərbaycandan Naxçıvana... - Paşinyandan yeni təklif
 
						Qərbi Azərbaycandan Naxçıvana... 
							 - Paşinyandan yeni təklif
Əlavə olunub: 02.26.2025 | 22:20 | Baxılıb: 8829
“12-ci təkliflər paketini almağımız prosesin dalana dirənmədiyini göstərir”. 

“sirin.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 26-da Milli Assambleyada jurnalistlərlə söhbətində sülh müqaviləsini şərh edərkən deyib.

Paşinyan qeyd edib ki, indi Ermənistan öz təkliflərini təqdim etməlidir: 

“Digər tərəfdən qeyd etməliyik ki, delimitasiya komissiyaları işləyir. Biz də həll yolunu təklif etmişik və ümid edirik ki, Azərbaycan bu qərara müsbət reaksiya verəcək, çünki açığını desəm, mən təhlil edib çox düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi reaksiya verməlidir.

Obyektiv təhlil göstərir ki, ondan imtina etmək üçün heç bir əsas yoxdur. Söhbət Ermənistanla Azərbaycan arasında dəmir yolu nəqliyyatından, yəni Qərbi Azərbaycandan Naxçıvana və Ermənistandan Ermənistana - Yerasxdan Meğriyə qədər olan kommunikasiyalardan gedir. Həm də hər iki ölkə beynəlxalq yükdaşımaları üçün bir-birinin ərazisindən keçən dəmir yollarından istifadə etmək imkanı əldə edəcək”.

O qeyd edib ki, Ermənistan Azərbaycanla dəmir yolunun istismarını daha da sadələşdirməyə hazırdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.