Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.24.2025 | 19:43 | Baxılıb: 711
Xüsusi beynəlxalq komissiya Qəzza zolağının yenidən qurulmasının maliyyələşdirilməsinə və həyata keçirilməsinə nəzarət edəcək.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə HƏMAS Qahirədə keçirilən danışıqların yekunlarına dair məlumat yayıb.

“Qəzzanın yenidən qurulmasının maliyyələşdirilməsinə və həyata keçirilməsinə nəzarət etmək üçün xüsusi beynəlxalq komissiya yaradılacaq”, - onlar bildiriblər.

HƏMAS əlavə edib ki, anklavda hakimiyyət müstəqil texnokratlardan təşkil olunmuş Fələstin komitəsinə veriləcək. Komitə beynəlxalq təşkilatlar və ərəb dövlətlərinin nümayəndələri ilə koordinasiya əsasında Zolaq sakinlərinin əsas ehtiyaclarının ödənilməsinə cavabdeh olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.