Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qəzzada atəşkəs 70 gün uzadıla bilər
 
						Qəzzada atəşkəs 70 gün uzadıla bilər
Əlavə olunub: 04.07.2025 | 19:50 | Baxılıb: 1526
HƏMAS hərəkatının nümayəndə heyəti Misir rəsmiləri ilə Qəzza zolağında atəşkəs təklifini müzakirə etmək üçün Qahirəyə gedəcək.

“sirin.az” xəbər verir ki, bu barədə “Al Araby Al Jadeed” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, danışıqlar zamanı tərəflərin Misirin Qəzza zolağında atəşkəs üçün vasitəçilik səylərini, atəşkəs və girovların qismən dəyişdirilməsi təklifini müzakirə edəcəyi bildirilir.

Xüsusilə, söhbət HƏMAS tərəfindən doqquz girovun azad edilməsindən və 3 ölü girovun cəsədinin təhvil verilməsindən gedir. Bunun müqabilində İsrailin yüzlərlə fələstinli məhbusu azad edəcəyi və atəşkəsi 70 gün uzadacağı planlaşdırılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.