Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qlobal Cənub Azərbaycan üçün önəmli platformadır”
 
						“Qlobal Cənub Azərbaycan üçün önəmli platformadır”
Əlavə olunub: 05.14.2025 | 12:58 | Baxılıb: 796
“Yaxın Şərqdə bizim siyasətimiz, tərəfdaşlarımız var. Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edir. BMTM AQEM-in düşüncə mərkəzlərinin forumunu ilk dəfə keçirəcək. Bu təşkilata 2024-2026-cı illərdə sədrlik edəcəyik. Yəni ilk dəfə olaraq Çindən kənarda, məhz Bakıda Forum keçiriləcək”. 

“sirin.az” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə bildirib. 

“Ticarət sahəsinə baxsaq, bizim bir neçə ölkədən aslılığımız var. Əlaqələrimiz Avropa ilə bağlıdır. Kənd təsərrüfatı məhsullarımız adətən Rusiyaya gedir. Çinlə bağlı perspektivlər açılıb. Hesab edirəm ki, burda da, Afrikada da, digər Asiya ölkələrində də biz bu və digər formada əməkdaşlığı inkişaf etdirməliyik. Düzdür, indi bizim ticarətdə əsas ixracımız neftlə, enerji mənbələri ilə bağlıdır. Bundan başqa, Qlobal Cənubda müəyyən oyunçular var ki, onların bəziləri ilə əlaqəmiz yaxşıdır. Məsələn, Çin, Cənubi Afrika, Braziliya. Lakin bəziləri ilə problemlərimiz var. Məsələn, Hindistan. Hindistan Qlobal Cənub platformasında çox fəaldır, müəyyən nüfuza malikdir. Ona görə biz bu məsələni qapalı şəkildə müzakirə etmək lazımdır. Qlobal Cənub Azərbaycan üçün önəmli platformadır”, - deyə Fərid Şəfiyev bildirib.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.