Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.02.2025 | 01:10 | Baxılıb: 4342
“Qarabağ” – “Kopenhagen” matçının 28-ci dəqiqəsində Abdullah Zubirin vurduğu qolu emosional şəkildə qeyd edən azarkeşlərdən biri yıxılaraq xəsarət alıb.

“sirin.az” xəbər verir ki, bu haqda “Futbol Azxəbər” məlumat yayıb.

Həkimlərin ilkin yoxlanışlarına əsasən, onun diz qapağının qopduğu iddia edilir.

Məlumata görə, həmin azarkeş fasilədə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

***

TƏBİB-dən “sirin.az"in sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 1-i saat 21:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tofiq Bəhramov adına Respublika stadionundan çağırış daxil olub. 

Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 1999-cu il təvəllüdlü (kişi) şəxsə ilkin tibbi yardım göstərilib. O, sağ dizin travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.