Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
 
						Qonaqpərvərliyə görə təşəkkür etdi 
							 - Fotolar
Əlavə olunub: 04.03.2025 | 09:44 | Baxılıb: 6027
Dünən ölkəmizdə rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bakıya səfəri ilə bağlı təəssüratlarını paylaşıb.

“sirin.az” xəbər verir ki, Almaniya lideri bu barədə rəsmi instaqram hesabında paylaşım edib.

Ştaynmayer qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib. 

O, həmçinin paylaşımlarında İçərişəhərə səfərini, Azərbaycan və Almaniyanın birinci xanımları Mehriban Əliyeva ilə Elke Büdenbender arasında baş tutan görüşü, eləcə də Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramını xüsusilə qeyd edib.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.