Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qubad İbadoğlunun qardaşı da məsuliyyətə cəlb olundu
 
						Qubad İbadoğlunun qardaşı da məsuliyyətə cəlb olundu
Əlavə olunub: 04.11.2025 | 14:21 | Baxılıb: 5464
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair araşdırmalar davam edir.

“sirin.az"in məlumatına görə, istintaqın gedişində İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrul da cinayət məsuliyyətinə cəlb olunub.

Onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Daha bir QHT nümayəndəsi Əhməd Məmmədzadə barəsində isə əvvəlki gündə həbs qərarı verilib. Aytac Ağazadə haqda isə məhkəmə bu gün qərar verəcək

Qeyd edək ki, hazırda “QHT işi” üzrə bir neçə nəfər istintaqa cəlb olunub, Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, Qalib Toğrul bir müddət öncə ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun qardaşıdır. 

Sail Ağasəlim 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.